“Qalatasaray” klubu şəhid hərbçimizin xatirəsini andı – FOTO

  • Space TV
  • 24 Noyabr 2020 16:35

Türkiyənin “Qalatasaray” klubu II Qarabağ Müharibəsində şəhid olmuş Azərbaycan ordusunun hərbi qulluqçusu Fərid Dursunovla bağlı paylaşım edib.

Paylaşım İstanbul klubunun rəsmi “Twitter” səhifəsində dərc edilib.

Hərbçimizin xatirəsinə həsr edilən paylaşımı təqdim edirik:

“Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə “Qalatasaray” bayrağı da asın” deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunovla birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. “Qalatasaray”lılıq ölməz…”

Paylaş

 Xəbəriniz olsun