“Qalatasaray” “Barselona”nın futbolçusu ilə danışıqlara başladı

  • Space TV
  • 25 Avqust 2020 12:03

İspaniyanın “Barselona” klubunun futbolçusu İvan Rakitiç karyerasını Türkiyədə davam etdirə bilər.

Spacetv.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi ilə “Qalatasaray” maraqlanır. Artıq xorvatiyalı oyunçu ilə danışıqlara başlanılıb. Daha əvvəl futbolçunun “Sevilya”ya dönmək istədiyi xəbərləri yayılıb.

Qeyd edək ki, İvan Rakitiç ötən mövsüm “Barselona”nın heyətində 42 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş

 Xəbəriniz olsun