Qala-Pirallahı yolunda hərəkət qismən məhdudlaşacaq

  • Space TV
  • 6 Mart 2020 18:18

Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

SPACE TV xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına görə, qismən məhdudlaşma mart ayının 7-i səhər saat 06:00-dan 10:00-dək tətbiq ediləcək.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Paylaş

 Xəbəriniz olsun