Qafqazlılarla mübarizə aparan rusiyalı “qanuni oğru” həlak oldu – FOTO

  • Space TV
  • 10 Sentyabr 2020 17:16

Sibirdə, Rusiyanın ən ağır koloniyalarında dəfələrlə məhkum həyatı yaşayan “Zyatek” ləqəbli qanuni oğru Vladimir Zyatkov gəmi qəzasında həyatını itirib.

Spacetv.az xəbər verir ki, bu barədə “360 TV” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, Zyatkovun olduğu kater qaranlıq vaxtı barja ilə toqquşub.

Qəzada “qanuni oğru” ilə birlikdə daha üç nəfər həyatını itirib, dörd nəfər isə yaralanıb. Zərərçəkənlər arasında üç yaşlı uşaq da var. O, əməliyyat olunub və hazırda reanimasiyadadır.

Zyatkovun arvadı isə yüngül travmalar alıb.

Qeyd olunur ki, Sibirdə “vəziyyətə baxan” Zyatkov qafqazlı kriminal avtoritetlərlə mübarizə aparması ilə tanınırdı.

Paylaş

 Xəbəriniz olsun