Qafqaz Universiteti ləğv olunur

  • Space TV
  • 18 Avqust 2020 14:06

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün verdiyi qərara əsasən Qafqaz Universiteti ləğv olunur.

Spacetv.az-ın məlumatına görə, bu barədə “Report” Dövlət Xidmətinə əsasən xəbər verib. Məlumata görə, kreditorlar tələblərini iki ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Qafqaz Universiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Havar Məmmədov Əmir oğludur.

Paylaş

 Xəbəriniz olsun