“Qafqaz Resort Hotel” fəaliyyətini dayandırdı

  • Space TV
  • 7 Yanvar 2020 12:01

Qəbələdə yerləşən “Qafqaz Resort Hotel” öz fəaliyyətini müvəqqəti olaraq dayandırır.

SPACE TV xəbər verir ki, bu barədə Unikal.org-a “Gilan Holdinq”dən məlumat verilib.

“Həm azərbaycanlı, həm də xarici qonaqlar tərəfindən ən tanınan və sevilən Qəbələ otellərindən biri olan – “Qafqaz Resort Hotel” yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq”, – məlumatda bildirilir.

“Qafqaz Resort Hotel” Qəbələdə ilk beş ulduzlu otel olmaqla 2008-ci ildən fəaliyyət göstərir.

Paylaş

 Xəbəriniz olsun