Qadınlara qarşı soyğunçuluq etdi. Hadisəni törədən şəxs saxlanıldı

  • SpaceTV
  • 4 Oktyabr 2019 17:04

Yasamal rayonunda qadına qarşı soyğunçuluq edilib. Zərərçəkən Lətafət Bayramova Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə şikayət edərək bildirib ki, Zivərbəy Əhmədbəyov küçəsində naməlum şəxs ona qarşı zor tətbiq edərək qızıl boyunbağısını ələ keçirib.

Bakı şəhər Baş Polis İdarəsi,Yasamal və Nəsimi Rayon Polis İdarələri əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakinin Ehtiram Həşimov tərəfindən törədildiyi müəyyən olunub. Həmin şəxs qısa zamanda saxlanılıraq istintaqa təqdim edilib. Araşdırmarla Ehtiram Həşimovun paytaxt ərazisində əsasən qadınlara qarşı 10-a yaxın analoji cinayət etdiyi məlum olub.

Qeyd edilən faktlarla  bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda Ehtiram Həşimovun cinayət əlaqələrinin müəyyən edilməsi  istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa yaşadıqları ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Paylaş

 Xəbəriniz olsun