Qadını döyən şəxs saxlanılıb

  • SpaceTV
  • 29 May 2020 16:30

Mayın 26-da saat 13.00 radələrində 63 yaşlı Nağıyev Mirhüseyn Balağa oğlu 27 yaşlı Məmmədli Ayşən Hafiz qızının satıcı işlədiyi telefon mağazasına gələrək onu insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirib.

Keçirilən istintaq tədbirləri nəticəsində Mürhüseyn Nağıyev polis əməkdaşları tərəfindən saxanılıb. Baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər və şahidlərin izahatları əsasında saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin istintaq tərəfindən müəyyən edilib ki, Mürhüseyn Nağıyev 2012-ci ildən 2018-ci ilədək Ayşən Məmmədli ilə qeyri-rəsmi nigahda yaşayıb. Son 2 ildə ayrıca kirayədə yaşayıb. 2012-ci ildən qeyri-rəsmi ailə həyatı yaşadığı Ayşən Məmmədli Mürhüseyn  Nağıyevin hal-hazırda rəsmi nigahda olduğu arvadının qardaşı qızı, yəni qaynı qızıdır. Hal-hazırda Mirhüseyn Nağıyev “Bizim vətən” ictimai siyasi qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışır.

Qeyd edək ki, saxlanılan şəxsin qadını döyməsi kadrları sosial şəbəkələr üzərindən geniş yayılıb.

Təyyar Nəirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun