Hadisə Bakının Xətai rayonunda baş verib.Bakı şəhər sakini, 35 yaşlı Bəhruz Azər oğlu Abdullayev 32 yaşlı Zümrüd Nurəddin qızı Niftəliyeva və tanışı, 39 yaşlı Taleh Cəlilağa oğlu Cəbrayılov Xətai rayonu ərazisində birlikdə yemək yeyib, spirtli içki qəbul ediblər.Dostların yeyib içməyindən sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Bəhruz Adbullayev Zümrüd Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib. Daha sonra Bəhruz Abdullayev Taleh Cəbrayılovu bıçaqlayıb hadisə yerindən qaçıb.Hər iki şəxs xəstəxanaya çatdırılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhruz Abdullayev şübhəli şəxs qismində saxlanılıb.Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsilə cinayət işi başlanılıb.
HÜRÜ ƏLİYEVA SPACE TV