Qadın yoxa çıxdı, əri onu axtarır

  • SpaceTV
  • 26 Oktyabr 2019 11:49

Bakıda 32 yaşlı qadın itkin düşüb.

Hüquq-mühafizə orqanlarından SPACE TV-ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi ev 58 ünvanında yaşayan 1987-ci il təvəllüdlü M.Salmanova evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Salmanov Əfqan hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun