Qadın voleybol millimizin Olimpiadaya getməsi üçün təqvim açıqlandı

  • SpaceTV
  • 1 Noyabr 2019 16:00

Qadın və kişi voleybolçulardan ibarət milli komandaların Avropa Olimpiya Təsnifat Turnirinin təqvimi dəqiqləşib.

SPACE TV  xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında “köhnə qitə”ni təmsil edəcək sonuncu komanda adına namizəd olan səkkiz yığmanın oyunlarının vaxtı müəyyənləşib.

Hollandiyanın Apeldoorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan yığmasının matçlarının vaxtı da bəlli olub. Milli gələn il yanvarın 7-12-də keçiriləcək turnirin A qrupunda mübarizəyə Hollandiya ilə görüşlə başlayacaq.

Meydan sahibləri ilə görüş yanvarın 7-si, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Ardınca Bolqarıstanla qarşılaşacaq (9 yanvar, 19:00) yığma son matçda Polşa (10 yanvar, 23:00) ilə üz-üzə gələcək.

Bu qrupdan iki komanda yarımfinala çıxacaq. Qrup birincisi Almaniya, Türkiyə, Xorvatiya və Belçikanın yarışdığı B qrupunun ikincisi ilə yanvarın 11-də görüşəcək. A qrupunun ikincisi isə B qrupunun lideri ilə qarşılaşacaq.

Yarımfinal görüşləri yanvarın 11-də keçiriləcək. Bundan bir gün sonra Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək final görüşündə Olimpiadaya Avropadan gedəcək son komandanın adına aydınlıq gələcək.

Kişilərin mübarizəsi isə yanvarın 5-10-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burda ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü yoxlayacaq.

Paylaş

 Xəbəriniz olsun