Qadın sürücü ata və azyaşlı qızını vurub

  • SpaceTV
  • 24 Sentyabr 2020 12:50

Balakəndə qadın sürücü idarəetdiyi avtomobillə ata və azyaşlı qızını vurub. Space TV xəbər verir ki,  Balakən-Qabaqçöl avtomobil yolunun rayonun Talalar kəndi ərazisindən keçən hissəsində Talalar kənd sakinləri  36 yaşlı Əsabəli Əhmədov azyaşlı övladı 9 yaşlı Nurayla birlikdə yolu keçmək istəyən zaman qadın sürücünün idarə etdiyi minik avtomobili onları  vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Əsabəli Əhmədov və qızı Nuray Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.  Zaqatala RMX-da onlara lazımi tibbi yardım göstərilib. Ata və qızının vəziyyəti nəzərə alınaraq müayinə və müalicələrini davam etdirmək üçün onların  Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun