Qadın qonşusunu bıçaqladı – VİDEO

  • Space TV
  • 15 Sentyabr 2020 14:38

Mingəçevirdə qadın qonşusunu bıçaqlayıb.  Space TV xəbər verir ki, hadisə Gəncə şossesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib. Mübahisə zamanı 82 yaşlı  Ələs İmaməliyev qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Məlum olub ki, yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən qadın Ağdam rayon sakini Tünzalə Məmmədovadır. Hazırda  hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun