Qadın pilot həlak oldu

  • SpaceTV
  • 29 Avqust 2019 15:53

Qadınlar arasında reaktiv avtomobillə yeni dünya rekordu müəyyənləşdirmək istəyən amerikalı pilot Cessi Kombs qəzaya düşərək həlak olub. 36 yaşlı sürücü Alvorda səhrasında 4 təkərli reaktiv avtomobillə özünə məxsus rekordu yeniləmək istəyərkən ölüb. 2013-cü ildə 632 km/saat göstərici ilə qadınlar arasında 48 illik rekordu qıran Kombs 3 il sonra 769 km/saat nəticəyə imza atıb. O, bu dəfə 996 km/saat hədəfləsə də, qəzaya düşüb. İdmançının ailəsi bildirib ki, Kombs 1976-cı ildə Kitti O Nilin qadınlar arasında müəyyənləşdirdiyi ən böyük sürət həddini – 843 km/saat rekordunu qırmaq istəyib.

Paylaş

 Xəbəriniz olsun