Ağcabədidə bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Hər gün”əverilən məlumata görə, ötən gün rayonun Şənlik kəndində yaşayan qaynanasının evinə gələn kürəkən münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirib.
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.