Qadın akulanı döyərək qovdu

  • SpaceTV
  • 27 Yanvar 2020 19:28

Papua – Yeni Qvineyanın sahil sularında qadın döyərək aqresiv akulanı qovub.

“Lenta.ru” xəbər verir ki, Kristi adlı dayver suyun altında yerli flora və faunanı lentə alarkən akulanın hücumuna məruz qalıb.

Özünü itirməyən qadın akulaya yumruq ilişdirib.

Zərbə heyvanı qorxudub və geri çəkilməyə vadar edib.

Qadın sürətli reaksiyası ilə qürur duyduğunu etiraf edib.

O, akulanın davranışına bəlli olduğuna görə qorxmadığını bildirib.

Paylaş

 Xəbəriniz olsun