Qaçaq yolla ölkəyə gətirilən külli miqdarda telefon və aksesuar saxlanılıb

  • SpaceTV
  • 19 Oktyabr 2019 16:13

Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon və aksesuarlar gətirən şəxs saxlanılıb. 

DGK-dan SPACE TV-ə verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb. 

Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. 

Lakin avtomobilə gömrük baxışı zamanı yük hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən, qutu və aksesuarları ilə birlikdə 10 ədəd “Samsung Galaxy 10” markalı mobil telefon, 60 ədəd qidalandırıcı başlıq, 60 ədəd USB və 60 ədəd qulaqlıq aşkarlanıb. 

Paylaş

 Xəbəriniz olsun