Qəzada xəsarət alanlar var

  • SpaceTV
  • 11 Noyabr 2019 16:42

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun  rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. “Mersedes” markalı minik maşını ilə “VAZ – 2121” –  Niva markalı avtomabil toqquşub. “Mersedes”in sürücüsü – Dəmirov Asif Səmədoğlu yoldan dönmək istəyərkən ona arxadan hərəkətdə olan sürücü Şükürov Əfqan Səməd oğlunun idarə etdiyi Niva markalı avtomaşın çırpılıb. Nəticədə Nivanın sürücüsü Şükürov Əfqan Səməd oğlu və onun sərnişinləri Əliyev Vüqar Xancan oğlu ilə Qarayev Ayaz Bayılxan oğlu da müxtəlif növ bədən xəsaratləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun