Qəzada piyada vurulub

  • SpaceTV
  • 12 Noyabr 2019 13:43

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax yolunun 179-cu kilometrliyində, rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.1972-ci il təvəllüdlü, Saatlı rayon sakini – Baratov İsgəndər Laçın oğlu  “VAZ – 2107” markalı avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən yolu keçməyə çalışan Kürdəmir rayon Sığırlı kənd sakini Məmmədov Sahil Sabit oğlunu vurub. Nəticədə piyada müxtəlif növ ağır bədən xəsarətləri alıb. Yaralı təcili – tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. 

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun