Qəzada ölən var

  • Space TV
  • 24 Oktyabr 2019 16:06

İsmayıllıda avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Hadisə Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində  qeydə alınıb. Kürdmaşı kənd sakini, 1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu idarə etdiyi “Priora” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin təcili-tibbi yardım göstərmələrinə və səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb və sürücü – Ağayev Əhməd Mübariz oğlu oradaca keçinib.  Digər yaralı – Tərlan Məcidovun vəziyyəti isə ağır olaraq qalır. Hadisənin baş verməsinə ilkin səbəb olaraq yüksək sürət göstərilir. Faktla bağlı araşdırma aparılır.

  VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun