Qəzada ölən və yaralananlar var

  • SpaceTV
  • 5 Dekabr 2019 15:09

Hadisə Bakı-Qazax yolunun rayonun Alğırlı kəndindən keçən hissəsində qeydə alınıb. Ford markalı avtomaşın Kamaz markalı avtomaşına çırpılıb. Nəticədə   Fordun  sürücüsü, Mingəçevir sakini, 19 yaşlı Cabbarlı Ayxan Cəbi oğlu, 29 yaşlı İslamova Könül Faid qızı və 30 yaşlı Şıxıyev Rəşad Əlvan oğlu müxtəlif növ bədən xəsarətləri alıb. Rəşad Şıxıyevin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar isə müalicə üçün Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır.  

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun