Qəzada 5 nəfər xəsarət alıb

  • SpaceTV
  • 27 Noyabr 2019 12:33

Bakı-Şamaxı-Yevlax yolunun 207-ci kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Qəza nəticəsində rayon sakinləri – 55 yaşlı Abbasov Əmirşah Aslan oğlu, 55 yaşlı Abbasova Qənimət Xəlil qızı, 47 yaşlı Məmmədov Samir Sabir oğlu, 12 yaşlı Seyidov Rövşən Əziz oğlu, 15 yaşlı Məmmədzadə Elmir Samir oğlu və 38 yaşlı Seyidov Əziz Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralılardan ikisinin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun