Qəzada 4 nəfər xəsarət alıb

  • SpaceTV
  • 24 Oktyabr 2019 15:44

Hadisə  Bakı-Şamaxı-Yevlax yolunun 113-cü km  Sabir kəndi ərazisində qeydə alınıb. 1983-cü il təvəllüdlü, Ağsu rayon sakini  Zamanov Bəhruz Məhbub oğlu  “Mercedes” markalı 10 – UD – 945 dövlət nömrə nişanlı minik  avtomobili ilə  hərəkətdə olarkən idarəetməni itirib nəticədə yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və  sərnişinlər : Ağsu rayon sakini, 1987-ci il təvəllüdlü – Qasımov Cavanşir Nizami oğlu, onun həmkəndlisi, 1982-ci il təvəllüdlü – Ömərov İsmayıl Ağagül oğlu və 1969-cu il təvəllüdlü, İsmiyev Malik Misir oğlu xəsarət alıblar. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.  Fakta bağlı araşdırma aparılır.

  VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun