Yol qəzası gecə saatlarında, Bakı-Şamaxı-Yevlax
yolunun 94-cü km – də, Qobustan rayon ərazisindən keçən hissəsində baş verib.
Bakıdan Şamaxı istiqamətində hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq
aşıb.Qəza nəticəsində sürücü – Balakən rayon sakini, 34 yaşlı Nurəddin
Hetayev və sərnişin – 49 yaşlı Paşa Papaxov hadisə yerində ölüblər. Avtomobildə
sərnişin qismində olan 5 nəfər ,Balakən rayon sakinləri 59 yaşlı Əsiyyət
Zirnixova, 58 yaşlı Pirdaş Buğayeva, 54 yaşlı Hacı Əsdiyev, 53 yaşlı
Heybullah Kahayev, 34 yaşlı Rəsul Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri
ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan sərnişinlərin sözlərinə görə, gecə
saat 12 radələrində Bakıda keçirilən toy mərasimindən çıxaraq, Balakən
rayonuna getmək üçün yola düşüblər. Qəza isə saat 2 də baş verib.
Qəzaya ilkin səbəb olaraq Mersedes Vita markalı
mikro avtobusun Qobustan rayonu ərazisində
yoldan çıxaraq aşdığı bildirilir. Faktla
bağlı araşdırma aparılır.
VAHİD FƏXRİ SPACE TV