Space.TV-nin xüsusi müxbiri məlumat verir ki, 1990-cı il təvəllüdlü Namazlı Nəbi Sultan oğlu idarə etdiyi avtomobil ilə qəza törədib. 29 yaşlı sürücü idarə etməni itirərək ilk olaraq avtomobli dəmir, daha sonra isə ağac dirəyə çırpıb.
Nəticədə maşını dərəyə aşırıb. Hadisədə sürücü , 1997 təvəllüdlü Aslanov Taleh Valeh oğlu, 1996 təvəllüdlü Səmədov Murad Qoşqar oğlu, 1996 təvəllüdlü Əmiraslanov Emil Nofəl oglu, 1996 təvəllüdlü Namazov Səid Səfər oğlu xəsarət alıblar.
Onlar Təcili Tibbi Yardım maşını ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Yaralılardan Murad Səmədovun vəziyyəti ağır olduğundan onu əməliyat edib. Amma yenə də Murad Səmədovun həyatını xilas etmək mümükün olmayıb. O, həkimlərin səyinə baxmayaraq ölüb. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, ölən və yaralananlar toy məclisindən gəlirmiş. Faktla bağlı araşdırma aparılır.
Vasif Vaqifoğlu -Space