Qəza

  • SpaceTV
  • 23 Oktyabr 2019 14:15

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan Qoşqulu yük avtomobili yolu keçmək istəyən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini, 66 yaşlı Zöhrab Qocamanov hadisə yerində ölüb. Qeyd edək ki, Zöhrab Qocamanov Bərdədən Hacıqabula tələbə yoldaşının yanına gəlbmiş. Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun