Qəza təlafata səbəb olub

  • SpaceTV
  • 25 Sentyabr 2020 14:09

Minik maşını qoyun sürüsünə çırpılıb 10 baş heyvan tələf olub, bir neçəsi yaralanıb. Spacetv.az xəbər verir ki, hadisə Goranboy rayonunda baş verib.  Gecə saatlarında Goran-Qızılhacılı yolunda hərəkətdə olan minik maşını, Sulduz Əliyevə məxsus qoyun sürüsünə çırpılıb. Qəza zamanı 10 baş qoyun və keçi tələf olub. Bir neçə baş xırdabuynuzlu isə yaralanıb. Zərbənin gücündən heyvanlar yolun müxtəlif hissələrinə düşüb. Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobilin ön hissəsi yararsız hala düşüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Paylaş

 Xəbəriniz olsun