Qəza ölümlə nəticələndi

  • SpaceTV
  • 15 Avqust 2019 14:22

Ağstafada baş verən  avtomobil qəzasında rayon sakini hadisə yerində keçinib.

Space.TV –nin bölgə müxbiri xəbər verir ki, hadisə rayonunun Aşağı Göycəli kəndində qeydə alınıb. Hərəkətdə olan  minik avtomobili yük maşınına çırpılıb.

 Nəticədə minik avtomobilinin sürücüsü 34 yaşlı  Zaur Həsənov hadisə yerində keçinib. Avtomobildə olan sərnişin, 34 yaşlı  Ağstafa rayon sakini Orxan Qurbanov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirib.

Faktla bağlı araşdırma aparılır.

Vasif  Vaqifoğlu – Space  Ağstafa

Paylaş

 Xəbəriniz olsun