Qəza nəticəsində VAZ iki yerə parçalandı – FOTO

  • SpaceTV
  • 25 Sentyabr 2020 16:44

Goranboyda avtomobil toqquşmadan sonra parçalanıb.

Spacetv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun Xanqərvənd kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21 012” markalı minik maşınları toqquşub. 

Hadisə nəticəsində iki nəfər – Səfiyarzad Səfiyar və Rafiq Mehdiyev xəsarət alaraq, Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı “VAZ 2106” markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun