Qəza

  • SpaceTV
  • 11 Noyabr 2019 16:53

Hadisə Ələt-Astara avto- mobil yolunun Salyan rayonundan keçən hissəsinin 85-ci kilome -trliyində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 45 yaşlı Vüqar Öz- xan oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq aşıb.  Nəticədə avtomobildə olan sərnişin – 58 yaşlı Musa Rəşid oğlu Musayev hadisə yerində ölüb. Avtomobilin sürü- cüsü Vüqar Musayev  və sərnişin, Salyan sakini Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır .

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun