Qəza

  • SpaceTV
  • 2 Noyabr 2019 16:11

 “VAZ 2106” markalı nəqliyyat vasitəsi ilə “Hyundai” markalı yük maşının toquşması ilə nəticələnən hadisə Gəndob-Yalama yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin sürücüsü Vasif İsmayılov ağır bədən xəsarətləri alıb.Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada sürücüyə müvafiq tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı Vasif İsmayılovun həyat yoldaşı, Şabranın Udulu kənd sakini, 1984-cü il təvəllüdlü  Könül İsmayılova  isə hadisə yerindəcə dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun