Sabirabad rayonunda baş vermiş qəza 2 nəfərin ölümü ilə nəticələndi.
Space.TV Aran bölgəsinin müxbirinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Nərimankənd kəndi ərazisində baş verib. “KİA” və “QAZ-24” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.
Hər iki meyit müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib.
Xəsarət alan, 1955-ci il təvəllüdlü Xudiyev Əlibrahim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğlu isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.