Qəza – 1 ölü, 2 yaralı

  • SpaceTV
  • 9 Dekabr 2019 15:01

Hadisə Qəbələ – Ağdaş yolunun Savalan kəndi ərazisindən keçən hissəsində baş verib.  “Seat” və “VAZ – 21 015”  markalı iki minik avtomobili toqquşub. Ağdaş sakini, 38 yaşlı Nəsirov Xəqani Əlövsət oğlu aldığı xəsarətlər səbəbindən ölüb. Qəbələ rayon sakinləri – 29 yaşlı Abdürrəhmanov Bəyalı Bəylər oğlu və 37 yaşlı İbayeva Nurlanə Yədulla qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Yaralılar təcili-tibbi yardım avtomobili ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. “VAZ” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsi çıxarmaq üçün hadisə yerinə FHN-in Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Deformasiyaya uğrayan avtomobildən Xəqani Nəsirovun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  Hər iki avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun