Qəyyumluğa görə müavinət veriləcək – VİDEO

  • Space TV
  • 10 Sentyabr 2020 11:59

Azərbaycanda övladlığa götürülən, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara  görə aylıq müavinət verilməsi nəzərdə tutulur. Space TV-nin xəbərinə görə, layihə valideyn himayəsindən məhrum olan  uşaqların övladlığa götürülməsinin stimullaşdırılması ilə bağlıdır. Layihəyə əsasən, övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirən  və ya valideyn himayəsindən məhrum olan 3-18 yaş arası uşağa, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə veriləcək. Müavinətlər övladlığa götürən şəxslərdən birinə təyin olunacaq. Həmin müavinətin alınması üçün uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qətnaməsi təqdim edilməlidir.

Adətən daxil olan müraciətlər aşağı yaş qrupunda olan uşaqların övladlığa götürülməsi bağlıdır. Bu da layihənin hazırlanmasına  zərurət  yaradan əsas  amillərdən  biridir.

Sözü gedən  layihə   artıq  Milli Məclisə  təqdim  olunub. Qəbul olunduğu təqdirdə müavinətlər 2021-ci ilin yanvarın 1-dən müvafiq şəxslərə təyin ediləcək.

Paylaş

 Xəbəriniz olsun