Qətl

  • SpaceTV
  • 1 Noyabr 2019 17:22

Qətl hadisəsi bu gün Salyan şəhər Ağa Mirbağır ağaküçəsində baş verib. Belə ki, həmin ünvanda yaşayan, Salyan şəhər sakini, 37 yaşlı Nahid Hüseynov ailə münaqişəsi zəmnində həyat yoldaşı, şəhər sakini, 36 yaşlı İlahə Hüseynovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. İlkin məlumata görə, bir aydan çoxdur ki, Hüseynovlar ailəsində ailədaxili münaqişə yaşanırmış. Nəhayət bu gün Nahid həyat yoldaşı İlahə Hüseynova ilə yenidən mübahisə edib. O, üzərində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr endirərək qətlə yetirib. Bundan sonra Şəhərin Yunis Zərgərli küçəsində qarşısına çıxan, Salyan şəhər sakini, 39 yaşlı Zaur Sadıqovun bədəninin müxtəlif nahiyyələrinə bıçaq zərbəsi endirib və özünə xəsarət yetirərək bıçaqla qolunu kəsib. Meyit müayinə olunmaq üçün məhkəmə tibbi ekspertizayaya göndərilib. Yaralı Zaur Sadıqov və Nahid Hüseynov isə Salyan mərkəzi rayon xəstəxanasına çatdırılıb. Hər ikisinə xəstəxanada ilk tibbi yardım göstərilib.

Artıq Nahid Hüseynov şübhəli şəxs qismində istintaq cəlb edilib. Qeyd edək ki, qətlə yetirilən İlahə Hüseynova 3 azyaşlı uşaq anası olub. Nahid Hüseynovun narkotik asılılığından əziyyət çəkdiyi bildirilir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun