Qətl törədilib

  • SpaceTV
  • 16 Noyabr 2019 17:31

Kənd sakinləri 25 yaşlı Elvin Balayev ilə 40 yaşlı Zaur Layıcov arasında borc üstündə mübahisə düşüb. Davaya çevrilən mübahisə zamanı Zaur Layıcov özü ilə gətirdiyi mətbəx bıçağı ilə Elvini ürəyindən bıçaqlayıb. Elvin Balayev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Əvvəlcə Elvinlə telefonda mübahisə edən Zaur sonradan hadisənin baş verdiyi yerə gəlib. Burada isə onların arasında mübahisə davam edib, və Zaur Elvini qətlə yetirib.Cinayəti törədən Zaur Layıcov rayon polis şöbəsinə gələrək könüllü təslim olub.Qeyd edək ki, qətlə yetirilən 25 yaşlı Elvinin 1 azyaşlı övladı var. Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun