Qətərdə həmvətənlərimiz avtoyürüş təşkil edib – FOTO

  • Space TV
  • 14 Noyabr 2020 17:07

Azərbaycanın şanlı qələbəsi münasibətilə Qətərdəki Azərbaycan diasporunun təşəbbüsü ilə Doha şəhərində avtoyürüş təşkil edilib. 

Spacetv.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Azərbaycan, Türkiyə və Qətər bayraqlarının dalğalandırıldığı tədbirdə uşaqdan böyüyə hər kəs “Şuşa Azərbaycandır”, “Qarabağ Azərbaycandır”, “Biz qalibik” kimi şüarlar nümayiş etdiriblər. Həmvətənlərimiz Qarabağın gözü olan Şuşa şəhərində, eyni zamanda işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandırılmasından qürur duyduqlarını və qazanılan qələbəyə görə şanlı Azərbaycan ordusuna, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hər üç ölkənin bayraqları ilə bəzədilmiş avtomobil karvanı şəhərin küçələri boyunca hərəkət edib. 

Paylaş

 Xəbəriniz olsun