Qəsəbənin yol və kanalizasiya problemi

  • SpaceTV
  • 11 Dekabr 2019 17:56

Bu qəsəbənin  sakinləri  təhlükə ilə üz-üzədir. Buradakı  bütün  yaşayış evlərinin  kanalizasiya  suları  küçəyə axıdıldığından ətrafı  üfunət bürüyüb. Üstəlik asfalt çəkilməyən  bu ünvanda yağış yağan kimi qurunt sularından yollarda gölməçələr yaranır. Görüntülər Suraxanı  rayonu əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi 4-cü mədəndəndir.

Qəsəbə  sakinləri bildirirlər ki, bu ünvanda kanalizasiya şəbəkəsi  olmadığı üçün illərdir, qurunt sularını məcbur olub  həyətlərdə qazılan quyulara axıdırlar. Yağışlı havalarda isə  qurunt suları həyətlərə və küçələrə dolur

İllərdir sakinləri çıxılmaz vəziyyətdə qoyanproblemlə bağlı aidiyyatı qurumlar da xəbərdardır

 Kanalizasiyası olmayan  və yolsuzluqdan əziyyət çəkən qəsəbə sakinlərinin probleminin nə vaxt həll olounacağı ilə bağlı  Suraxanı rayon icra hakimiyyətinə də müraciət etdik.İcra hakimiyyətindən bildirildi ki, dövlət proqramına uyğun olaraq Bakı ətrafı kənd və qəsəbələrdə su  və kanalizasiya  şəbəkəsi  yaradılır.Artıq sözgedən ünvanda da yaxın vaxtlarda Azərsu ASC tərəfindən lahiyəyə uyğun olaraq su və kanalizasiya xətlərinin çəkilməsinə başlanılacaq. Bu işlər yekunlaşdıqdan sonra həmin ünvanda məhlədaxili yolların asfaltlanmasına başlanılacaq deyə Suraxanı ayon icra hakimiyyətindən bildirildi.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun