QƏSƏBƏDƏ YOXA ÇIXAN ZİBİL QUTULARI

  • SpaceTV
  • 2 İyul 2020 16:34

İllərdir  bu küçəyə qoyulmuş zibil yeşikləri bir gecədə naməlum şəraitdə yoxa çıxıb.Görüntülər Xocahəsən qəsəbəsi Allahverdi Rüstəmov küçəsindəndir

Qəsəbədə yaşayan yüzdən artıq sakinin istifadə etdiyi  zibil yeşikləri təxminən 10 il əvvəl qoyulduğu ünvandan götürüldüyü üçün hazırda bu küçədə yaşayan sakinlərin əksəriyyəti məişət tullantılarını hara gəldi atamağa məcburdur, yalnız avtomobili olan sakinlər zibillərini digər ünvanlarda qoyulmuş zibil meydançına aparır.

Araşdırma zamanı məlum oldu ki, zibil qutuları  qəsəbənin  sakinlərindən birinin şikayəti əsasında bir neçə gün öncə bələdiyyə işçiləri  tərəfindən götürülüb.Xochəsən bələdiyyəsindən problemin elə bu gün həll olunacağı bildirildi və bələdiyyə nümayəndələri əraziyə gələrək sakinlərin öz razılığı ilə zibil meydaçasının təyin olunacağı yerin seçilməsini  istədilər.

Görünən odur ki, öz aralarında razılığa gələ bilmədikləri üçün Xochəsən qəsəbəsinin bu ünvanında yaşayan sakinlər hələ bir müddətdə zibil atmağa məkan tapa bilməyəcəklər.

Gözləyəcəyik… pandemiya dövründə və yayın bu isti günlərində mövcud problemin həll olunacağı günü.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun