Qərb rayonlarında güclü külək əsir – FAKTİKİ HAVA

  • SpaceTV
  • 23 May 2020 16:31

Milli Hidrometeorologiya Xidmətinin mayın 23-ü saat 16:00-a olan məlumatına əsasən respublika ərazisində qərb rayonlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Bununla bağlı Xidmətdən SPACE TV-a məlumat verilib.

Bildirilib ki, küləyin maksimal sürəti Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Tərtərdə 25 m/s, Xaçmaz, Ağstafada 20 m/s, Yardımlıda 16 m/s, Bakıda 20 m/s olub.

Paylaş

 Xəbəriniz olsun