Qərb bölgəsində güclü külək bir sıra fəsadlar törədib.

  • Space TV
  • 22 İyun 2020 15:01

Daha çox fəsad isə Tovuz rayonunda qeydə alınıb.  Şəhərdəki bəzi binaların və fərdi vətəndaşlara məxsus evlərin dam örtükləri dağılıb. Bununla yanaşı, ağaclar küləyin təsirindən aşıb, elektrik enerjisi və mavi yanacağın verilməsində fasilələr yaranıb. Bir saatdan çox davam edən külək iri gövdəli  ağacları kökündən çıxararaq  avtomobillərin  üzərinə  aşırıb.  Külək ağacları yolun hərəkət hissəsinə aşırdığına görə rayondaxili əksər yollar bir neçə saat bağlı qalıb.küləyin təsiri elektrik və komunikasiya dirəklərinidə sıradan cıxarıb. Nəticədə naqillər yararsız hala düşüb. Hətta  iri  gövdəli ağacların qırılması  səbəbindən bir  necə  tövlələrdə  heyvan təlafatıda qeydə  alınıb   Rayon mərkəzində əsasən  hələ ötən il təmirdən cıxaraq  dam örtüyü  dəyişdirilmiş  binalar  zərər  görüb . Anidən küləyin  təsiri  bu   yenicə  təmirdən cıxan binalarıda  damsız  qoyub .

Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və  tikinti  şöbəsinin müdiri Mübariz  Məmmədov  bildirdi ki  külək  100 dən cox  fərdi yaşayış  4  ümumi istifadədə olan  yaşayış binası   eləcədə   6 məktəb binasına  zərər verib  . ümumilikdə isə  tikinti şöbəsindən verilən məlumata  görə  problemlərin aradan qaldırılması istiqamətində işlərə  başanılıb . Baş memar  ümumilikdə yaşayış binalarında  10 min kvadrata qədər  dam örtüyünün sıradan cıxdığını bildirdi . Hazırda  rayon  Fövqəladə hallar  Komissiyası vətəndaşlara dəyən ziyanı araşdırır. Güclü külək  Tovuzla yanaşı Qazax və Ağstafa rayonunda da elektrik enerjisinin verilməsində fasilələr yaradıb .

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun