Qərb bölgəsinə yağıntı düşməsə də son bir necə gündə sərt şaxta bəzi cay və bulaqlarda donmalara səbəb olub.

  • Space TV
  • 12 Fevral 2020 14:09

Qədim  abidələrimizdən olan  damcılı  bulağı da  donması  ilə  gözəl  görüntü yaradıb.  Avey  dövlət  qoruğunun  filialı olan Damcılı  mağarası  əsasən  yayda  sakinlərin istirahət  yerinə  cevrilsə də   filialın direktoru  deyir ki,  bir  necə  gündə    bulağın  donmasından yaranmış mənzərəyə  baxmağa  gələnlərdə  az deyil.  Bulağın  donmuş halda  buz  parcalarının  asılması  fotosunun sosial  mediada yayılması insanlarda  maraq oyadaraq  bu  məkana  gətirib  .

Qeyd edək  ki   9 fevral tarixindən   regionda  havanın temperaturu kəskin dəyişib   dağətəyi hissədə mənfi  6 -10  dağlıq ərazidə  isə  mənfi  20-25  dərəcə  sərt  şaxta  olub .

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun