Qəlbinin gözəllikləri əsərlərində

  • SpaceTV
  • 6 Sentyabr 2019 16:25

Azərbaycanda sənətkarlar diyarı kimi məşhur olan Şəkidə geniş yayılan qədim xalq sənəti növlərindən biri də bədii tikmədir.Təqdim edəcəyimiz sujetdə əslində bu sənətin incəliklərindən danışmayacağıq. Bu sənətlə uzun illərdir məşğul olan və ən əsası doğuşdan fiziki qüsurlu olmasına baxmayaraq həyata tutunaraq qəlbinin gözəlliklərini əsərlərinə köçürən Rəhman ustadan söhbət açacağıq.

O Fiziki qüsurludur. Amma yaratdığı əsəsrlər hər kəsi heyran qoyur…

Haqqında söhbət açacağımız şəkili sənətkar,ikinci qrup əlil Rəhman Yunusovu Şəkidə bədii tikmə sənətinin xovlu tikmə növü ilə məşğul olan yeganə kişi sənətkar kimi tanıyırlar.Taleyinə anadangəlmə əlillik payı düşən Rəhman erkən yaşlarında əvvəlcə atasını,daha sonra isə anasını itirib. O, uşaqlıqdan fəal şəkildə cəmiyyətə inteqrasiya olunmağa çalışıb, gələcək yaşayışını, dolanışığını özü təmin etməyi qarşısına məqsəd qoyub.Daim öz üzərində çalışan Rəhman az müddət sonra Şəkidə xovlu tikmənin mahir ustalarından biri kimi tanınmağa başlayıb.Anadangəlmə nitq problemi olan, insanlarla ünsiyyətdən qaçan Rəhman Yunusovun çox sehrli sənət dünyası var. Sənətkar öz əsərlərində sanki ürək sözlərini, duyğularını, deyə bilmədiklərini əks etdirməyə çalışır.

38 yaşlı Rəhman Yunusovun əl işləri dəfələrlə Respublika və Beynəlxalq səviyyəli sərgilərdə nümayiş etdirilib, diplomlara layiq görülüb. Serebral iflic xəstəliyindən əziyyət çəkən ustanın haqqında iş yoldaşları ağızdolusu söhbət açırlar.

Əl işləri ölçüsündən asılı olaraq,4-8 ay müddətinə başa gəlir.Onun yaratdığı xovlu tikmə ilə hazırlanan işlərə kənardan baxanda sanki rəsm əsərinə bənzəyir. Yalnız yaxından təmas edəndə əmin olursan ki, bu bir tikmə nümunəsidir. Fiziki qüsurlu olmaq qüsur sayılmır. Əsas daxilən qüsurlu olmayasan. Necə ki,bu qəhrəmanımız kimi…

İlkin Piranov Space-Şəki

Paylaş

 Xəbəriniz olsun