Qəhramanların adına siniflər – VİDEO

  • Space TV
  • 14 Dekabr 2019 17:52

Hər gün Azərbaycan dili və Ədəbiyyat dərsində öncə torpaq uğrunda canından keçmiş qəhrəmanlarımız yada salınır və onların keçdiyi döyüş yolu müəllim tərəfindən şagirdlərə  geniş  formada xatırladılır.Əgər illər öncə təhsil ocaqlarında  Qarabağ  döyüşlərində  canından  keçmiş  döyüşçülərin adları əbədiləşdirilirdisə   artıq orta məktəblərdə siniflərədə  milli qəhrəmanlarımızın adları verilir.

Milli qəhrəmanlar Salatın Əsgərova,Əlif Hacıyev,  Aqil Quliyev və Azərbaycan bayrağı ordenli,şəhid Ədalət Paşayevin  adı  Sabunçu rayonu 215 nömrəli məktəbdə 4 sinfə verilib.

Məktəb direktoru  Qarabağ  qazisi Cavad Mustafayev deyir ki, əsasən yuxarı siniflərə qəhrəmanlarımızın adlarının verilməsinə səbəb, şagirdlərin vətən uğrunda canından keçmiş şəhidlərimizin döyüş yolunu daha da dərindən öyrənmək və onlar kimi qəhərəmanlıq zirvəsinə ucalmağı elmlə, təhsillə, savadları ilə nümayiş etdirməkdir.

Məktəbin qəhrəman adı verilmiş sinfin şagirdləri isə bu adları doğrultmağı artıq özlərinə bir vəzifə, mənəvi borc bildiklərini deyirlər.

Qeyd edək ki, Təhsil nazirinin əmrinə əsasən ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi təsdiq olunub.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun