Qədim türbə

  • Space TV
  • 16 Dekabr 2019 15:27

Ağbil kəndində 4 türbə mövcud olsa da təəssüflər olsun ki, sovet dövründə həmin türbələrdən 2-si tamamilə dağıdılıb.Lakin yerli sakinlərin səyi nəticəsində 2 türbə bugünə qədər qorunub saxlanılır.Bunlardan biri də Şeyx Məziyyət digəri isə Şeyx Rəşid türbəsidir. Bir neçə il öncə yerli əhali tarixi abidəni yenidən bərpa edib. Şeyx Məziyyət  türbəsi 1537-ci ildə Şirvanşahlar dövründə, Şirvanşah Xəlilullahın göstərişi ilə memar Tacəddin tərəfindən inşa olunub.Çöldən 4 və 8 guşəli formadadır.Tarixi tikilidən bir qədər aralıda Şeyx Rəşid türbəsi yerləşir. Abidə xaricdən 8 guşəli, daxildən isə 4 bucaqlı plana malikdir. Türbədə Şeyx Rəşidin məzarı da var. Qədim tikili şərq üslubunda  inşa edilib.

Türbənin yerləşdiyi ərazidə həmçinin qədim qəbir daşlarına da rast gəlmək mümkündür. Deyilənə görə, bu qəbir daşları Səfəvi hökmdarı Şah İsmayılın yürüşləri zamanı həlak olan əsgərlərin məzarlarıdır.

Hazırda qədim türbələrin yerləşdiyi ərazidən insanlar ziyarətgah kimi istifadə edir.

“Ağbil” sözü türk mənşəli söz olub, ağ və bil kiçik qəbir daşı mənasını ifadə edir.Qeyd edək ki, qədim tikililər Mədəniyyət və Turizm Nazirliyinin ölkə əhəmiyyətli tarixi və mədəni abidələr siyahısına daxil edilib.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun