Qədim tapıntı

  • SpaceTV
  • 24 Oktyabr 2019 15:51

Maddi mədəniyyət nümünələri  Cəlilabadın Edişə kəndində İlham Əliyevə məxsus həyatyanı sahəsinin şümlanması zamanı üzə çıxıb. Kənd sakininin sözlərinə görə əvvəllər də burada qədim dövra aid müxtləif əşyalar taplıb. Lakin bu dəfə ərazidə məişət əşyaları ilə yanaşı tuncdan hazırlanmış müxtəlif nizə ucluqları, xəncər  və qılıncın tapılması onun diqqətini cəlb edib.

Tapıntılar arasında saxsıdan hazırlanmış kiçik diametrli boru qalıqları da var.Tarixçilərin fikrincə, bu, adıçəkilən ərazidə uzun müddət fasiləsiz həyatın mövcud olduğunu göstərir.

Qeyd edək ki, bu tip tarixi tapıntılara Eçara kəndinin müxtəlif ərazilərində rast gəlinir.Təəsüflər olsun ki, bu dəyərli tarixi məkanlar indiyə kimi mütəxəssislər tərəfindən araşdırılmayıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun