Qədim qəbirlər aşkarlanıb

  • SpaceTV
  • 1 İyun 2020 14:47

1918-ci ildə bolşevik-daşnak qüvvələri ilə döyüşlərdə şəhid olmuş və Osmanlı Ordusu əsgərlərinə aid olduğu güman olunan iki məzar aşkarlanıb.

Bu barədə məlumat verən kənd sakinlərinin sözlərinə görə, Qafqaz İslam Ordusunun  əsgərlərinə aid olan məzarlar sovet dövründə də onlar tərəfindən mühafizə olunaraq saxlanılıb. Kənd sakinləri uzun illər məzar daşı kimi taxtadan istifadə etdikləri halda bu məzarların üzərinə sal daşdan yonulmuş başdaşı qoyulub. Lakin tarixçilər həmin qəbirlərin məhz türk əsgərlərinə aid olması fikri ilə razılaşmırlar. Onlar bildirirlər ki, qəbirlər 20-ci əsrin əvvəllərində dünyasını dəyişmş yerli camaata məxsusdur.

Tarixçilər qəbirlərin 1903 və 1920-ci illərdə dünyasını dəyişən övliya nəslinin nümayəndələrinə aid olduğu qənaətinə gəliblər. Azərbaycana yardıma gəlmiş Qafqaz İslam Ordusu əsgərlərinin isə 1918-ci ilin iyun-avqust aylarında – Müsüslü kəndi istiqamətində gedən döyüşlərdə şəhid olduğu güman edilir. Kənd sakinləri müvafiq qurumlardan məzarların yerləşdiyi ərazilərin abadlaşdırılması və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün kömək gözləyirlər.

                                                                             VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun