Qədim ozan sənəti olan sazbəndlik bu gün barmaqla sayılacaq qədər azalıb . Amma bu sənəti bugündə yaşadan ustalar var və olmaqdadır . Daş yonma və daşlardan istifadə ücün müxtəlif fiqurlar alət hətta əzab əziyyətlə ərsəyyə gələn su daşlarının yonulmasıda qədimiliyə – tarixin dərinliklərinə söykənir. Bütün bu adət ənənələrin hamısı bir məkanda Daş dövrünün yadigarı olan “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda cəmləşmişdi. Ustalar işləyir hər kəsdə onların hazırladığı məhsula heyrətlə tamaşa edirdi .
Qazax rayonundan olan Elbrus Qazaxbəyli deyir ki, saz bəndlik sənəti dərin köklərə malik bir sənətdir. Aləti düzətmək ücün iki ağacdan tut və qoz ağacınlarından istifadə edilir, bu da hər ağacdan alınmır . Sazbənd sözlərinə görə, ağac dəmyə olmalıdır, özüdəki 100 dən cox yaşı olmalıdır. Bu halda istədiyin aləti əldə etmək mümkün olur .
Mağara düşərgə olan Damcılı rayonun Daşsalahlı kəndindən üzü Gürcüstan istiqamətində Xram çayına qədər uzanan Avey dağının altında yerləşir. Daş yonma sənətinin ustalarıda babalardan qalan bu sənət nümunəsini bugündə davam etdirirlər. Hətta sənətgarların yonduqları daş fiqurları, su daşlarıda Avey dağının daşlarından hazırlanıb .
Hər izi bir tarixi damcılı mağarasında 30 dan cox mağara var ki onlarda ölcülərinə görə dəyişir. Bütün bunlar irsimizdir . Elə Azərbaycanda “Avropa İrs Günləri”nin tərkib hissəsi olan bu kimi tariximiz demək olar ki, heyrətlə izlənilməkdədir. “Avropa İrs Günləri” layihəsinin 19-20 sentyabr tarixlərində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunda açıq olaraq təşkil olunub. Tədbirdə mədəni İrsimizi, milli-mədəni dəyərlərimizi təbliğ etmək üçün regiona məxsus olan bir neçə əl sənətkarlıq nümunələri sərgilənir.