Qədim əşyalar tapılıb – VİDEO

  • SpaceTV
  • 13 Avqust 2020 14:37

Prezident İlham Əliyevin tapşırığına əsasən, İsmayıllı rayonunun Basqal da daxil olmaqla 11 kəndində yolların genişləndirilməsi işləri zamanı çox maraqlı hadisə yaşanıb. Basqal- Kurduvan kənd yolları təmir olunarkən qazıntılar nəticəsində eramızdan əvvəl və eramıza aid yüzə yaxın qab, bəzək nümunələri və sikkələr tapılıb.

Aparılan təsadüfi qazıntılar zamanı saxsı qablar və bəzək əşyaları ilə yanaşı, antik dövrə aid olan numizmatik nümunələr də tapılıb. Ekspertlər bildirib ki, tapıntılar Elmlər Akademiyasının nümayəndələri tərəfindən tədqiq edilərsə, gələcəkdə bu ərazidən geniş turizm potensialı üçün istifadə etmək olar.

Paylaş

 Xəbəriniz olsun