Qəbul imtahanlarında abituriyentlərə neçə dəfə şans veriləcək? – RƏSMİ

  • Space TV
  • 29 Yanvar 2021 11:40

“Ali təhsil müəssisələrinə qəbul imtahanlarının iki dəfə keçirilməsini nəzərdə tuturuq”.

Spacetv.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının birinci mərhələsinin də iki dəfə keçirilməsi planlaşdırılır:

“Ancaq bütün bunlar vəziyyətdən asılı olacaq. Bir daha imtahan iştirakçılarının, ictimaiyyətin nəzərinə çatdırıram ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər. Buna əvvəlcədən hazır olmaq lazımdır. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər”.

İmtahanlarının nəticələri barədə sədr bildirib ki, son illər biz buraxılış və qəbul imtahanlarının nəticələri ilə əlaqədar qismən də olsa, inkişaf tendensiyasını müşahidə etməkdəyik:

“Tədris prosesinin ənənəvi qaydada aparılmaması, eləcə də təlim-tərbiyə prosesində yaranan digər çətinliklərə rəğmən 2020-ci ildəki imtahanların nəticələrinin ötən illərlə müqayisədə bir-birinə yaxın olması imtahanlardan öncə atılan qabaqlayıcı addımlarla əlaqələndirilməlidir”.

Paylaş

 Xəbəriniz olsun